Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev prospektində əsaslı yenidənqurma işləri sürətlə davam etdirilir.

14 yanvar 2025 | 11:07
Rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Heydər Əliyev prospektində də yenidənqurma və bərpa işləri görülür.
 
Prospektin yolları yenidən çəkilir,yararsız hala düşmüş, əksər hissələrdə çatlar və qabarmalar müşahidə olunan, əhalinin hərəkətini çətinləşdirən səki daşları və bardürləri sökülür, səkilərin kənarlarına yeni, müasir tipli bardürlər, yerindən asılı olaraq səkilərə isə 2,5-3 metr enində tamet daşları döşənilir.
 
Heydər Əliyev prospektindən başlayaraq çəkilən yol və səkilər sakinlərin rahat gediş gəlişini təmin edəcəkdir.
 
Heydər Əliyev prospektində görülən işlər çərçivəsində prospektin estetik görünüşü ilə yanaşı elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsi məqsədilə yerüstü elektrik xətləri ləğv edilmiş,naqillər tamamilə yerin altına keçirilmişdir.
 
Yol və səkilərin çəkilişinin qısa müddət ərzində başa çatdırılması və rayon sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Keçidlər