Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev prospektində hava elektrik xətləri yeraltı kabel xətti ilə əvəzlənir.

13 sentyabr 2024 | 19:09
Beyləqan rayonunda aparılan yenidən qurma işləri ilə əlaqədar olaraq Heydər Əliyev prospektində şəhərin estetik görünüşü ilə yanaşı elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsi məqsədilə yerüstü elektrik xətləri ləğv edilir, naqillər tamamilə yerin altına keçirilir.
 
Bu məqsədlə prospektdəki 110/35/10 kv-luq Beyləqan-1 YS-dan çıxan 10 kv - luq PMK-4 hava xəttinin hazırda yeraltı kabellə əvəz edilməsi istiqamətində sürətli işlər aparılır.
 
Aparılan işlərin tez bir zamanda yüksək səviyyədə tamamlanması abonentlərin dayanıqlı enerji ilə təminatında mühüm rol oynayacaq.
 
Beyləqan ictimaiyyəti onlara ayrılan diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq edir, yüksək və operativ xidmətə görə Azərişıq ASC rəhbərliyinə və əməkdaşlarına razılıqlarını bildirirlər.
Keçidlər