Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev prospektində təmir və bərpa işlərinə başlanılmışdır.

10 oktyabr 2024 | 10:01
Beyləqan rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində şəhərin mərkəzində-Heydər Əliyev prospektində təmir və bərpa işlərinə başlanılmışdır. Zəruri olan yerlərdə yararsız hala düşmüş hissələr təmir edilir və ya yenidən qurulur.
 
Prospektin estetik görünüşü, eləcə də elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsi məqsədilə yerüstü elektrik xətləri ləğv edilmiş, naqillər tamamilə yerin altına keçirilmişdir.
 
Prospektdə olan Heydər Əliyev parkının yenidən qurulmasına xüsusi diqqət göstərilir. Yenidənqurma işləri çərçivəsində parkda giriş hissədə qranit örtüklərin yenilənməsi, yeni dəmir-beton dirəklərin tikilməsi və fasad divarının təmir olunması işləri həyata keçirilir.
 
Parkda yenidənqurma və bərpa işləri tez bir zamanda yüksək səviyyədə tamamlanaraq sakinlərin istifadəsinə veriləcəkdir.
Keçidlər