Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

30 mart 2023 | 14:22
Beyləqanda “Heydər Əliyev ili” çərçivəsində əslən Beyləqan rayonundan olan görkəmli ziyalıların və elm xadimlərinin iştirakı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
 
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirib ki, Ulu Öndərin yürütdüyü siyasət nəticəsində azərbaycançılıq ideyası dövlət ideologiyasına çevrilib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçilinin tarixində müstəsna xidmətlərə malik şəxsiyyət olduğunu vurğulayan rayon rəhbəri Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizdə dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən danışıb.
 
Beyləqan rayon prokuroru Ramazan Hadıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi olduğunu bildirmiş, azərbaycançılıq ideologiyasının məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildiyini və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldığını bildirib.
 
Konfransda Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcəbədi Filialı Kafedra müdiri, Pedaqogika Elmləri üzrə Fəlsəfə doktoru Tahir Kərimov da çıxış edərək Ulu Öndərin 1990-cı illərin əvvəllərindən başlayaraq azərbaycançılıq ideologiyasının inkişafı üçün əvəzsiz işlər görməklə tarixə düşdüyünü, xüsusilə, müstəqilliyini yenicə bərpa etmiş gənc respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideologiyasının əvəzedilməz vasitə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
Konfransda 3 saylı tam orta məktəbin Tarix müəllimi Mətanət Əliyevaya, 8 saylı tam orta məktəbin direktoru Elvin Abbasov, Soltanbud kənd məktəbinin tarix müəllimi Məhəbbət Məmmədov və başqaları çıxış ediblər.
 
Tədbirdə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda video nümayiş olunub.
Keçidlər