Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda elmi-praktiki konfrans keçirilib.

12 oktyabr 2023 | 10:41
12 oktaybr tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə keçiriləcək Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova və aparatın xanım əməkdaşları, şəhid anaları, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi liderin xatirəsi ehtiramla yad edilib.
Daha sonra baş tutan tədbirdə “Heydər Əliyevin və Azərbaycan qadını” mövzusunda video çarx nümayiş olunub
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova ulu öndərin dövlətçilik strategiyasının həyata keçirilməsində Azərbaycan qadınlarının rolu, onların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan qadınının fəaliyyətini həmişə yüksək qiymətləndirmiş, cəmiyyətdə qadının rolunun artması məsələsini daim diqqət mərkəzində saxlamışdır.
Şəhid anaları adından şəhid Mahir Dadaşzadənin anası Ofelya Təhməzova və şəhid Munis Abbaslının anası Kəmalə Abbaslı çıxış edərək Azərbaycan qadının mərd və cəsur olduğunu, Qarabağ uğrunda döyüşən igidləri dünyaya gətirməyin qürur və ixtixar olduğunu bildirmiş, hər bir qadının vətənpərvər, xeyirxah, cəsur övlad tərbiyəli etməli olduğunu vurğulayıblar.
Çıxış üçün söz verilən Beyləqan şəhər 1 saylı orta məktəbin direktoru Gülbəniz Cəfərova, Beyləqan rayon Polis şöbəsinin dəftərxana müdiri, katibliyin rəisi Mətanət Həsənova və Elat İstehsal İstehlak Qadın Kooperativinin sədri Əzət Qurbanova Heydər Əliyevin dövlət qadın siyasəti sahəsində fəaliyyəti haqqında danışaraq ümummilli Liderin qadın siyasətinin nəticəsində bu gün beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolunun xeyli artdığını bildiriblər.
Sonda Azərbaycan Qadınlarının VI Qurultayı ilə bağlı qadınların rifahı və əlaqəli mövzular ətrafında diskusiyya aparılıb.
Keçidlər