Şriftin ölçüsü :

Saytın rəngi :

“İcbari tibbi sığorta ” mövzusunda maarifləndirici tədbir həyata keçirildi.

16 aprel 2024 | 16:25

Əhalinin sağlamlığının qorunması sahəsində aparılan dövlət siyasətinə və müvafiq fəaliyyət istiqamətinə uyğun olaraq icbari tibbi sığortanın təbliği, bu sahədə əhalinin maarifləndirilməsi məqsədilə 16 aprel 2024-cü il tarixdə Rayon Gənclər Evində “İcbari tibbi sığorta ” mövzusunda maarifləndirici tədbir həyata keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev, Beyləqan RMX-sı publik hüquqi şəxsin direktoru Bayram Muradov, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova respublikamızda bütün sahələrdə olduğu kimi səhiyyədə də artan istiqamətdə gedən inkişaf prosesindən, əhalinin sağlamlığının qorunması təmin etmək məqsədi ilə səhiyyə sahəsində aparılan islahatlardan və xüsusi ilə icbari tibbi sığortanın əhəmiyyətindən danışmışdır.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev təqdimatla çıxış edərək icbari tibbi sığorta haqqıbda ümumi məlumat vermiş, İcbari tibbi sığorta haqları, Xidmətlər zərfində təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, tibbi xidmətlərdən istifadə qaydası və s. barədə ətraflı danışmışdır.

Tədbir iştirakçıların sualları ətrafında müzakirə şəklində davam edib

Keçidlər