Şriftin ölçüsü :

Saytın rəngi :

“İcbari tibbi sığorta ” mövzusunda maarifləndirici tədbir həyata keçirilib.

12 avqust 2022 | 18:18
12 avqust 2022-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının birgə təşkilatçılığı ilə əhalinin sağlamlığının qorunması sahəsində aparılan dövlət siyasətinə və müvafiq fəaliyyət istiqamətinə uyğun olaraq icbari tibbi sığortanın təbliği, bu sahədə əhalinin maarifləndirilməsi məqsədilə “İcbari tibbi sığorta ” mövzusunda maarifləndrici tədbir həyata keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova , Beyləqan RMX-sı publik hüquqi şəxsin direktoru Nurəngiz Bəşirova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev, idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişafın səhiyyənin də inkişafına əsaslı təkan verdiyini qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə əhalinin sağlamlığının qorunması təmin etmək məqsədi ilə səhiyyə sahəsində aparılan islahatlarda və xüsusi ilə icbari tibbi sığortanın əhəmiyyətindən danışmışdır.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev təqdimatla çıxış edərək “İcbari tibbi sığorta haqları”, “Xidmətlər zərfində təminat verilən tibbi xidmətlər”, “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri”, “Tibbi xidmətlərdən istifadə qaydası”, “Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri” və “Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası”na dair geniş açıqlamalar verib.
Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Nurəngiz Bəşirova çıxış edərək icbari tibbi sığortanın üstünlükləri barədə danışıb. Bildirib ki, tibbi sığorta üçün müraciət edən xeyli vətəndaş aidiyyəti üzrə xəstəxanalara yönləndirilərək tibbi sığorta xidmətindən yararlanıb.
Tədbir iştirakçıların sualları ətrafında müzakirə şəklində davam edib.
Keçidlər