Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Aprel döyüşlərinin ildönümü ərəfəsində Dünyamalılar kəndində şəhid Məhəbbət Mirzəyevin məzarını ziyarət edib

04 aprel 2025 | 12:15
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aparatın məsul nümayəndələri, şəhidin ailə üzvləri, qazilər və veteranlar, ağsaqqallarla birgə Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Mirzəyev Məhəbbət Ədalət oğlunun məzarını ziyarət edib. Əziz Əzizov şəhidin ailəsinə başsağlığı verərək Vətənimizin bütövlüyü uğrunda şəhid olan, torpağın, vətənin müstəqilliyini öz canından üstün tutan qəhrəman oğullarımızın hər zaman xalqımızın qəlbində yaşayacağını bildirmişdir.
 
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məhəbbət Mirzəyev 1994-cü ilin 16 dekabr günündə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.
 
Məhəbbət 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhadətə yüksəlib.
Aprelin 12-si isə şəhidimizin doğulduğu Beyləqan rayonunun Dünyamalılar kəndində son mənzilə yola salınıb.
 
Məhəbbət Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Keçidlər