İcra başçısı bu gün daha bir Vətən müharibəsi şəhidi-Yunusov Elgün Yadullah oğlunun ildönümündə iştirak etdi.
16 noyabr 2024 | 16:42
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov YAP rayon təşkilatının sədri,hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə Yeni Mil qəsəbəsində şəhid Yunusov Elgün Yadullah oğlunun ildönümü məclisində iştirak edib.
İcra başçısı şəhidin ailəsinə başsağlığı verib ,problemləri ilə maraqlanıb.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan RİH başçısı bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaəti gələcək nəsillər üçün nümunə olacaq, Vətən uğrunda canını fəda edən qəhrəmanlar əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların xatirəsi dövlətimiz tərəfindən daim uca tutulacaq.
Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Elgün Vətən müharibəsi zamanı Şuşa şəhəri istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhid olub və nəşi düşmən tərəfində qalıb. Noyabrın 10-da ailəsinə təhvil verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elgün Yunusov ölümündən sonra "Vətən uğrunda" ,"Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!!