Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı bu gün daha bir Vətən müharibəsi şəhidinin - Xəlilov Elnur Ramiz oğlunun ildönümü məclisində iştirak edib.

16 noyabr 2024 | 18:35
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə Bolsulu qəsəbəsində şəhid Elnur Xəlilovun ata ocağında keçirilən ildönümü məclisində iştirak edib.
 
Şəhidin ailə üzvlərinə Allahdan səbr, şəhidlərimizə rəhmət diləyən İcra Başçısı ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərqərar olunmasında müstəsna xidmətləri olan şəhidlərin ən şirin nemət olan canlarını Vətən yolunda fəda etmələrindən bəhs edib. Elnurun və onun kimi digər oğullarımızın vətənpərvərliyinin və mübarizliyinin gələcək nəsillər üçün örnək olaraq yaddaşlarda qalacağını qeyd edib.
 
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Elnur Xəlilov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elnur Xəlilov ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə" və"İgidliyə görə" medalları ilə təltif edilib.
Keçidlər