Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Dünyamalılar kəndində Vətən müharibəsinin qəhrəman şəhidi Zalov Elçin İslam oğlunun dördüncü ildönümü mərasimində iştirak etdi.

21 oktyabr 2024 | 13:30
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov YAP rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri və RİH-nin məsul işçiləri ilə birlikdə 44 günlük Vətən savaşının qəhrəman qəhrəman şəhidlərindən olan Zalov Elçin İslam oğlunun şəhadətinin dördüncü ildönümü ilə əlaqədar şəhidin ailəsini evində ziyarət edib.
 
İcra başçısı şəhidin yaxınlarına baş sağlığı verərək qayğıları ilə maraqlanıb.Ölkə rəhbərliyinin tapşırığı ilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin daim ehtiramla yad edildiyini, sağlamlığını itirmiş qazilərimizə, ümumiyyətlə müharibə iştirakçılarına böyük diqqət göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərişi ilə dövlət tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirildiyini qeyd etmişdir.
 
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.
Keçidlər