İcra başçısı növbəti dəfə rayon ağsaqqalları ilə görüş keçirib.İcra başçısı növbəti dəfə rayon ağsaqqalları ilə görüş keçirib.
24 yanvar 2025 | 15:37
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon ağsaqallarını, o cümlədən Rayon Ağsaqallar Şurasının üzvlərini qəbul edib.
Beyləqan RİH başçısı Əziz Əzizov rayonumuzun ziyalılarını salamlayaraq, milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların Beyləqan rayonunun ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, Dövlətçilik ənənələrinin qorunması, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsindəki onların əvəzedilməz xidmətlərindən danışıb.
İcra başçısı rayon ağsaqqallarının gördükləri səmərəli işlərdən söz açaraq, gənclərin zərərli təsirlərdən uzaq sağlam əsaslar üzərində, dövlətə, xalqa sədaqət ruhunda tərbiyəsi məsələsində onlara hər zaman böyük ehtiyacın olduğunu vurğulayıb.
Rayon ağsaqallar Şurasının sədri Etibar İmanov şuranın fəaliyyəti ilə məlumat verib, ağsaqqalların Azərbaycanın inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklərini vurğulayıb.
E.İmanov və digər çıxış edənlər rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, ağsaqqallara, o cümlədən rayon sakinlərinə göstərilən diqqət və qayğıya görə ağsaqqallar adından Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova təşəkkür edib.
Tədbirin sonunda ağsaqqallara Rayon Ağsaqqallar Şurasının üzvlük vəsiqələri təqdim olundu və tədbir iştirakçılarına rayon restoranlarının birində ziyafət verildi.