İcra başçısı şəhid Məmmədli Rahil Şamil oğlunun ildönümü mərasimində iştirak etdi
26 oktyabr 2024 | 16:45
Şəhid Məmmədli Rahil Şamil oğlunun üçüncü ildönümü münasibətilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov icra aparatının məsul əməkdaşlarıyla birgə ailəsini ziyarət etdi.
İcra başçısı şəhidin yaxınlarına baş sağlığı verərək qayğıları ilə maraqlandı.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə yer alan Rahil Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olub. 44 günlük müharibədə bir çox uğurlu tapşırığın yerinə yetirilməsində fərqlənib və “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Müharibə başa çatdıqdan sonra 2021-ci il oktyabrın 25-də xidməti tapşırıq yerinə yetirərkən Xocavəndin Tuğ kəndi ərazisindəki qəzada şəhid olub və ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.