İcra başçısı şəhid övladını müalicə aldığı xəstəxanada ziyarət edib.
29 oktyabr 2024 | 17:15
Oktyabrın 29-da Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavinləri və şöbə müdirləri ilə birgə Mərkəzi RayonXəstəxanasında Vətən uğrunda canından keçərək Şəhidlik zivəsinə ucalan Vasif Məhərrəmovun kəskin apendesitdən əməliyyat olunmuş 5 yaşlı övladı Əli Məhərrəmovu ziyarət edib. Şəhid övladının səhhəti ilə maraqlanan rayon rəhbəri ona hədiyyə təqdim edib.
"Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Bayram Muradov, cərrah həkim Rahilə Dadaşova şəhid övladının səhhəti barədə məlumat verərək əməliyyatın uğurlu keçdiyini, vəziyyətinin normal olduğunu, həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini bildiriblər.
Şəhidin anası onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü ziyarəti onlara olan qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirib.Şəhidin övladına göstərilən qayğıya, səmimi münasibətə görə xəstəxananın kollektivinə razılığını ifadə edib.
Azərbaycan Ordusunun giziri olan Vasif Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və fərqlənib.
Vasif Məhərrəmov 2021-ci il yanvarın 1-də Qubadlı rayonu ərazisində minaya düşməsi nəticəsində şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Vasif Məhərrəmov "Cəbrayılın azad olunmasına görə","Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.