İcra başçısı şəhid qardaşı ilə şəhid bacısının nişan mərasimində iştirak edib.
16 noyabr 2024 | 16:25
Antiterror əməliyyatının şəhidi,rayonun Qəhrəmanlı qəsəbəsindən olan Rüstəmli Bəhruz Malik oğlunun qardaşı Mövlan və Vətən müharibəsi şəhidi,Birinci Şahsevən kəndindən olan İsmayılzadə Vaqif Vüqar oğlunun bacısı Əminənin nişan mərasimi keçirilib.
Şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov İcra aparatının məsul şəxsləri ilə birlikdə şəhid qardaşının və şəhid bacısının xoş günündə onların yanında olub.
Beyləqan şəhərində yerləşən şadlıq saraylarının birində keçirilən nişan mərasimindən öncə Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükut elan olunub.
Hər iki gəncin valideynlərinə gözaydınlığı verən rayon rəhbəri səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Bildirib ki, ən uca qürur mənbəyimiz olan şəhidlərimizin hər bir ailə üzvü xalqımız üçün böyük əmanətdir və dövlətimiz onları hər zaman yüksək qayğı ilə əhatə edir.
Şəhidlərimizin valideynləri ən çətin və xoş günlərində şəhid ailələrinin, qazilərimizin yanında olduqlarına, onlara göstərdikləri yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.