İcra başçısı Yuxarı Aran qəsəbəsində Vətən müharibəsinin şəhidləri Əlizadə Toğrul Rafiq oğlunun və Əliyev Elşən Novruz oğlunun dördüncü ildönümü mərasimlərində iştirak edib.
18 oktyabr 2024 | 11:50
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,YAP rayon təşkilatının,hüquq mühafizə orqanlarının rəhbərləri və RİH-nin məsul işçiləri ilə birlikdə rayonun Yuxarı Aran qəsəbəsində şəhid Əlizadə Toğrul Rafiq oğlunun və Əliyev Elşən Novruz oğlunun ailələrində olub, şəhidin dördüncü ildönümü ilə əlaqədar ailə üzvlərinə başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.