Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şuranın iclası keçirilib

23 noyabr 2023 | 15:31

Beyləqan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İctimai Şuranın sədri Etibar İmanov iclası açıq elan edib, gündəlikdə duran məsələlərlə bağlı fikirlərini bildirib.
Etibar İmanov İctimai Şuranın ötən 1 illik fəaliyyəti ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Beyləqan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şura cari ildə vətəndaşların, xüsusi ilə həssas kateqoriyadan olan rayon sakinlərinin müraciətlərinin araşdırılması və həllinə yardım edilməsi istiqamətində bir çox işlər görüb.
İctimai Şuranın iclasında Rayon İcra Hakimiyyətinin başçısının müavini Yeganə Məmmədova da iştirak edib. Y.Məmmədova bildirib ki, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrinə məsul olan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirən ictimai şuraların üzərinə mühüm vəzifələr düşür. Buna görə Rayon İcra Hakimiyyəti yanında ictimai şura da yerlərlə olan problemləri yaxından araşdırmalı və həlli sitqamətində təkliflər irəli sürməlidir.
İctimai Şuranın üzvləri Mehman Əliyev, Sabit Mehdiyev, Xəlil Süleymanov və digərləri iclasda çıxış edərək vətəndaşlarla mütəmadi görüşlərin təşkil edilməsi, yeniyetmə və gənclər arasında zərərli vərdişlər, erkən nikah hallarının aradan qaldırılması, əhalini narahat edən hallar və digər məsələlərlə bağlı təkliflərlər səsləndirib, bu istiqamətdə 2024-cü ildə qarşıda duran vəzifələri təhil ediblər.

İclasda qarşıda duran vəzifələrin icrası, İctimai Şuranın 2023-cü ildəki fəaliyyətinə dair hesabat toplantısına hazırlıq və digər məsələrlə bağlı geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
Sonda İctimai Şuranın üzvlərinə namizədlik vəsiqələri verilib.

Keçidlər