Şriftin ölçüsü :

Saytın rəngi :

İmamverdili kəndində səyyar qəbul keçirilib

03 fevral 2026 | 17:24
3 fevral 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən rayonun İmamverdili kəndində vətəndaşlarla səyyar qəbul keçirilib.
 
Səyyar qəbulda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, RİH-in məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulu giriş nitqi ilə açaraq rayonda görülən abadlıq-quruculuq işləri, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O, qarşıda duran vəzifələrdən, o cümlədən əhalinin sosial rifahının yüksəldilməsi, kənd təsərrüfatının inkişafı və vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı görüləcək işlərdən bəhs edib.
 
Qəbul zamanı vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həll edilib, əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti üzrə tapşırıqlar verilməklə nəzarətə götürülüb.
 
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər