Şriftin ölçüsü :

Saytın rəngi :

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiyin “Rəqəmsal Azərbaycana doğru” layihəsi çərçivəsində Beyləqan rayonuna səfəri baş tutub.

21 dekabr 2022 | 18:45
21 dekabr 2022-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal Azərbaycana doğru” reginoal layihəsi çərçivəsində növbəti səfər Beyləqan rayonuna olub. “Technest” Təqaüd Proqramı çərçivəsində keçirilən səfər zamanı mentorların iştirakı ilə rəqəmsal savadlılıq, İKT biliklərinin artırılması, gələcəyin peşələri mövzularında region gəncləri ilə görüş baş tutub.
Təqdimatlarda iştirakçılara “Technest” Təqaüd Proqramında iştirak imkanları, bu sahə üzrə karyera dəstəyi haqqında geniş məlumatlar verilib. Təlimçilər arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təmsilçiləri, eyni zamanda “Code Academy” tədris mərkəzinin nümayəndələri yer alıb. Görüş çərçivəsində iştirakçıların təqaüd proqramına cəlb olunması məqsədilə “Code Academy” tərəfindən tərəfindən yerindəcə imtahan keçirilib.
Səfər çərçivəsində İRİA nümayəndə heyəti və Beyləqan Rayon İcra Hakimiyyəti arasında görüş baş tutub. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Telman Məstanov ikitərəfli müzakirələrdə regionun informasiya texnologiyaları üzrə potensial imkanlarından danışıb.
Görüşdə region məktəblərində tədris alan şagirdlərin İKT sahəsi üzrə maarifləndirmə prosesinin aparılması, onların bu sahədə gələcək karyera planlarına dəstək olunması və istiqamətləndirilməsi üzrə potensial atıla biləcək addımlar müzakirə olunub.
Keçidlər