Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 4-də Beyləqanda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirilib.

05 iyun 2022 | 15:16
       Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən «Meliorasiya və İrriqasiya haqqında» Qanunun imzalandığı 5 iyun tarixi münasibəti ilə «Meliorator günü» peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır. Ölkə başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün «Su təsərrüfatı və meliorasiya işçiləri günü» peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır.
Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev və aparatın məsul nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, meliorasiya işçiləri, idarə və müəssisə kollektivi ilə birlikdə Ulu Öndərin xatirəsinə ucalan abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
Rayon rəhbəri Asif Ağayev Meliorasiya İşçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Keçidlər