Şriftin ölçüsü :

Saytın rəngi :

Kəbirli kəndində modul tipli məktəbin tikintisi üzrə həyata keçirilən işlərə baxış keçirilib

01 sentyabr 2026 | 15:20
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Kəbirli kəndində inşa olunan modul tipli məktəblə bağlı görülən işlərlə tanış olub.
 
Rayon rəhbərinə məktəbin tikintisi çərçivəsində görülən işlər, hazırkı vəziyyət və qarşıda duran məsələlər barədə məlumat verilib. Bildirilib ki, təhsil müəssisəsinin tikintisinin müəyyən olunmuş tələblərə uyğun və keyfiyyətlə həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
 
Əziz Əzizov görülən işlərlə yerində tanış olub, tikinti prosesini nəzərdən keçirib və işlərin keyfiyyətlə, müəyyən olunmuş standartlara uyğun aparılması ilə bağlı öz tövsiyə və tapşırıqlarını verib. Qarşıya çıxan məsələlərin operativ həllinin və işlərin nəzərdə tutulan müddətdə başa çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.
 
Qeyd edək ki, 2026-cı ildə Beyləqan rayonunda 8 modul tipli və 2 əsaslı yeni məktəbin tikintisinə başlanılıb. Görülən işlər rayonun təhsil infrastrukturunun yenilənməsinə və şagirdlərin daha əlverişli təhsil şəraiti ilə təmin olunmasına xidmət edir.
Keçidlər