Kəbirli kəndində səyyar qəbul-görüş keçirildi.
20 noyabr 2024 | 12:33
19 noyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Kəbirli kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri, şəhid ailələri, qazi və müharibə iştirakçıları iştirak edib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizin inkişafına böyük diqqət yetirən Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli qayğısından, regionların, o cümlədən Beyləqan rayonunun sosial-iqtisadi vəziyyətindən danışıb, dövlət başçısının diqqəti sayəsində zamanla bütün problemlər aradan qaldırıldığını və əhalinin sosial rifahına yönəlmiş tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra RİH başçısı sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Kənd sakinləri bir sıra istiqamətlərdə müxtəlif müraciətlər ünvanlayıblar.
RİH başçısı Əziz Əzizov sakinləri narahat edən məsələlərə aydınlıq gətirib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.
Kəbirli kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.