Kəbirli kəndində səyyar vətəndaş qəbulu keçirilib
01 sentyabr 2026 | 19:25
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun rayonun kənd və qəsəbələrində vətəndaşlarla səyyar görüşləri davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar görüşü təsdiq edilmiş qrafikə uyğun olaraq Kəbirli kənd sakinləri ilə keçirilib.
Səyyar qəbulda rayon rəhbəri ilə yanaşı, hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbər şəxsləri, RİH başçısının müavinləri və şöbə müdirləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətindən, bölgələrdə, o cümlədən Beyləqan rayonunda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Rayon rəhbəri səyyar qəbulun əsas məqsədinin vətəndaşların müraciətlərini, onları narahat edən məsələləri və təkliflərini birbaşa dinləmək, qaldırılan problemlərin həlli istiqamətində qanunamüvafiq tədbirlər görmək olduğunu bildirib.
Daha sonra Kəbirli kənd sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər səsləndirilib, təkliflər irəli sürülüb.
Sakinlərin müraciətlərini diqqətlə dinləyən Əziz Əzizov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Həlli müəyyən vaxt tələb edən məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Kənd sakinləri müraciətlərinə göstərilən diqqət və həssas münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər. Onlar ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə, əhalinin sosial məsələlərinin həllinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







