Şriftin ölçüsü :

Saytın rəngi :

Kəbirli və Təzəkənd kənd şəhidlərinin məzarları ziyarət edilib.

28 fevral 2023 | 22:14
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri Novruz bayramı ərəfəsində şəhid ailələri ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda savaşaraq şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın Kəbirli və Təzəkənd kəndlərində məzarlarını ziyarət etmiş, ruhlarına dualar oxuyaraq ehtiramlarını bildiriblər.
 
Ziyarət zamanı bu gün doğum günü olan Təzəkənd kənd şəhidi Məmmədov Maarif Məmməd oğlunun da xatirəsi yad edilmişdir.
 
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Kəbirli kəndində yenicə istismara verilmiş artezian quyusunun vəziyyəti və görülən işlərlə tanış olub.
Keçidlər