Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Beyləqanda vətəndaşları qəbul edib.

11 yanvar 2025 | 12:10
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 10 yanvar 2025-ci il tarixdə Beyləqan, Füzuli, Xocavənd, Cəbrayıl və digər rayonlardan olan vətəndaşları qəbul edib.
Əvvəlcə Məcnun Məmmədov və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb dərin ehtiramlarını bildiriblər.
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, güzəştli şərtlərlə kənd təsərrüfatı kreditlərinin verilməsi, subsidiyaların ödənilməsi, dəymiş zərərə görə ödənişlər, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub.
Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Keçidlər