Kompleks mülki müdafiə təlimi ilə bağlı dəyirmi masa keçirilib.
12 oktyabr 2024 | 17:46
Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında 2024-cü ilin 16-18 oktyabr tarixlərində Beyləqan rayonunda keçiriləcək kompleks mülki müdafiə təliminin hazırlanması və keçirilməsinə dair təşkilati işlərlə bağlı dəyirmi masa keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Telman Məstanov, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi Rövşən Hüseynov və rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.