Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Beyləqanda abadlıq işləri davam etdirilir

06 oktyabr 2025 | 11:00
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq Beyləqan rayonunda abadlıq və səliqə-sahman tədbirləri ardıcıl şəkildə həyata keçirilir. Bu istiqamətdə Beyləqan şəhərində şəhid Elnur Quliyev və şəhid Nurlan Abdullayevin adını daşıyan küçələrdə müvafiq abadlaşdırma işləri icra olunub.
 
Görülən tədbirlər çərçivəsində ərazilər məişət tullantılarından təmizlənib, mövcud yaşıllıq zolaqlarına qulluq göstərilib, həmçinin ümumi təmizlik işləri yerinə yetirilib. Aparılan işlər rayonun ekoloji mühitinin sağlamlaşdırılmasına, əhalinin rahat və səliqəli yaşayış şəraitinin qorunmasına yönəlib.
Keçidlər