Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində iməcilik işləri davam etdirilir

03 iyul 2025 | 11:18
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Beyləqan rayonunda abadlıq, təmizlik və yaşıllaşdırma işləri ardıcıl olaraq davam etdirilir. Rayonun ekoloji mühitinin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ictimai fəallığın artırılması məqsədilə keçirilən iməcilik aksiyaları növbəti olaraq Şərq, Türklər, Eyvazalılar, Əhmədli, Aşıqalılar, Yeni Mil, Qaralılar, Bünyadlı və Dünyamallar kənd və qəsəbələrini əhatə edib.
 
Aksiya çərçivəsində yol kənarlarında yerləşən ağaclara zərərvericilərdən qorunması və estetik görünüşün artırılması məqsədilə aqrotexniki qulluq göstərilib, ərazilərdəki məişət tullantıları yığışdırılıb, yolların kənarları təmizlənib.
Keçidlər