Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti iməcilik aksiyası təşkil olunub

21 oktyabr 2025 | 15:51
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar ölkə üzrə həyata keçirilən tədbirlər çərçivəsində Beyləqan rayonunda da abadlıq və təmizlik işlərinə xüsusi diqqət yetirilir.
 
Oktyabrın 21-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Kəbirli kəndi ərazisində yerləşən “Örənqala” qədim yaşayış yeri tarixi abidəsi ərazisində təmizlik aksiyası keçirilib.
 
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısının müavinləri və şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları iştirak ediblər.
 
Tədbir çərçivəsində rayonun tarixi irsinin mühüm nümunələrindən biri olan “Örənqala” arxeoloji abidəsinin ətrafında və ətraf ərazidə geniş təmizlik və abadlıq işləri aparılıb, yaşıllıq sahələri və ictimai yerlər səliqəyə salınıb. Tədbirin əsas məqsədi “Konstitusiya və Suverenlik İli” çərçivəsində vətəndaş məsuliyyətini və həmrəyliyini artırmaq, əhali arasında ekoloji mədəniyyətin və ictimai fəaliyyətə marağın gücləndirilməsidir.
Keçidlər