Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Beyləqan rayonunda poster və bannerlər yerləşdirilmişdir.

02 aprel 2025 | 10:35
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələdir. Bu il ərzində Beyləqan rayonunda müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulub və görüləcək işlərlə bağlı tədbirlər planı tərtib olunmuş,artıq tədbirlərin icrasına başlanılmışdır.
 
Tədbirlər planına uyğun olaraq “Konstitusiya və Suverenlik İli” ilə bağlı rayon ərazisində parklarda,magistral yolların kənarlarında müxtəlif ölçülərdə müvafiq poster və bannerlər yerləşdirilmişdir.
 
Eyni zamanda rəqəmli bilbordlarda və monitorlarda müvafiq videoçarxlar nümayiş etdirilir.
Keçidlər