Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş “Mənim Azərbaycanım” adlı rəsm müsabiqəsinin seçim mərhələsi keçirilib.

10 aprel 2025 | 11:15
10 aprel 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş tədbirlərə uyğun olaraq, yaradıcı uşaq və yeniyetmələrin öz düşüncələrini təsvir müstəvisində əks etdirmək bacarıqlarının, inkişafı məqsədilə Beyləqan rayon İcra Hakimiyyətinin,Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzinin və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə, rayonun ümumtəhsil məktəblilərinin 5-11-ci sinif şagirdləri arasında keçirilən “ Mənim Azərbaycanım” adlı rəsm müsabiqəsinin seçim mərhələsi keçirilib.
 
Münsiflər heyəti tərəfindən, təşkilat komitəsinə 13 məktəbi təmsil edən 33 iddiaçı tərəfindən təqdim olunan bir-birindən maraqlı və göz oxşayan rəsm işlərinə baxış keçirilib və seçim mərhələsinin qalibləri müəyyən edilib.
 
Münsiflər heyətinin yekun qərarına uyğun olaraq V-VII siniflər üzrə Zülfiyyə Tapdıqlı, Zəhra Heydərli, Gülpəri Bəndəliyeva, Gülüstan Qasımova, Əbülfəz Əliyev və Sevinc Tağıyeva, VIII-XI siniflər üzrə isə Nərmin Abdullazadə, Zinyət Abbaslı, Asiman Rüstəmli, Gülay Məmmədova, Məhbubə Fərmanlı və Nursən Quliyeva növbəti mərhələdə iştirak hüququ qazanıb.
 
17 aprel 2025-ci il tarixdə keçiriləcək növbəti mərhələdə şagirdlər müsabiqənin mövzusuna uyğun olan, düşündükləri rəsm işlərini, A3 formatda akvarel, quaş və ya yağlı boya ilə münsiflər heyətinin nəzarəti altında çəkəcək və münsiflər heyəti tərəfindən qalib işlər müəyyən ediləcəkdir.
 
Müsabiqəyə rəsm təqdim edən bütün iştirakçılara təşəkkürümüzü bildirir, növbəti mərhələnin iştirakçılarına uğurlar arzulayırıq.
Keçidlər