Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiyanın aliliyi və onun hüquqi qüvvəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

07 oktyabr 2025 | 09:20
Dünyamalılar kənd tam orta məktəbində Beyləqan Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsi və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiyanın aliliyi və onun hüquqi qüvvəsi” mövzusunda tədbir keçirilib.
 
Tədbirdə çıxış edənlər müasir demokratik, hüquqi dövlət quruculuğunda Konstitusiyanın rolunun əvəzsiz olduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, müstəqil Azərbaycanın dövlətçiliyinin hüquqi-siyasi əsaslarını müəyyən edən başlıca sənəddir. Ulu öndərin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində qəbul edilən Konstitusiya ölkəmizin demokratik inkişaf istiqamətini müəyyənləşdirmiş, insan hüquq və azadlıqlarının təminatına möhkəm hüquqi zəmin yaratmışdır.
 
Bildirilib ki, Konstitusiyada vətəndaşların hüquq və azadlıqları ali dəyər kimi təsbit olunur, onların qorunması isə dövlətin başlıca vəzifəsidir. Həmçinin vurğulanıb ki, Konstitusiya normaları birbaşa hüquqi qüvvəyə malikdir və bu, həmin normaların həyata keçirilməsi üçün əlavə normativ aktların mövcudluğundan asılı olmadan bütün subyektlər tərəfindən icra oluna bilməsini təmin edir.
 
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.
Keçidlər