Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətin gücləndirilməsi ilə bağlı təlim keçirilib.
11 aprel 2023 | 18:56
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planının 5.1-ci bəndinin icrasından irəli gələrək 10.04.2023-cü il tarixdə təlim baş tutub.
Qeyri-Hökumət təşkilatının nümayəndəsi Xəlil Süleymanov tərəfindən aparılan təlimdə rayon icra hakimiyyətinin, eləcə də idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak etdilər.
Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilib.