Şriftin ölçüsü :

Saytın rəngi :

Mayak və Yeni Mil şəhidlərinin xatirəsi yad edilib.

05 noyabr 2025 | 17:37

8 Noyabr – Zəfər Günü ərəfəsində rayonun bütün ərazilərində olduğu kimi, Mayak və Yeni Mil qəsəbələrində də Azərbaycanın azadlığı və bütövlüyü naminə canlarını fəda edən vətən oğullarının xatirələri ehtiramla anılıb.

Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH aparatının nümayəndələri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Ziyarət zamanı şəhid məzarlarının üzərinə gül dəstələri qoyulub, onların müqəddəs ruhuna dualar oxunub. Qeyd olunub ki, torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı xalqımızın qəlbində daim yaşayacaq, onların xatirəsi ehtiramla yad olunacaq.
Keçidlər