Şriftin ölçüsü :

Saytın rəngi :

“Mədəniyyət körpüsü” layihəsi çərçivəsində Beyləqanda “Mintonasiya” adlı stand-up konserti keçirilib.

16 aprel 2025 | 18:30
16 aprel 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Mədəniyyət Körpüsü” layihəsi çərçivəsində Əməkdar artist Dilarə Əliyevanın Mədəniyyət Mərkəzində "Mintonasiya” adlı stand-up konserti təşkil olunub.
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin rəhbərliyi və hərbçiləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
 
Azərbaycanda böyük səhnədə bir qadının təqdimatında ilk stand-up kimi tarixə düşən, Fariz Əliyevin ssenarisi və ideya müəllifliyi ilə baş tutan “Mintonasiya”da Respublikanın əməkdar artisti, tanınan və sevimli aktrisa Dilarə xanım Əliyeva düşündürücü yumor və zarafatları ilə tamaşaçılara bolluca gülüş bəxş edib.
 
Gurultulu alqışlarla müşaiyət olunan konsert proqramından tamaşaçılar böyük zövq alıb.
 
Stand-up konserti yekunlaşdıqdan sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonumuza təşrif buyuran qonaqları və tamaşaçıları salamlayıb. Rayon rəhbəri əməkdar artist Dilarə Əliyevaya öz monoloqu ilə tamaşaçıların üzündə yaratdığı təbəssümə görə təşəkkürünü bildirib. Rayon rəhbəri Ali Baş Komandan İlham Əliyev və Azərbaycan ordusuna öz minnətdarlığını bildirərək, 5 il əvvəl Vətən Müharibəsində qazanılan Zəfərlə bu tədbirə daha böyük sevinclə tamaşa etdiyimizi və bu cür mədəni-kütləvi tədbirlərin bu qədər coşğu ilə qarşılanmasının həmin Qələbənin bariz nəticəsi olduğunu əlavə edib.
 
Sonda xatirə fotoları çəkilib.
Keçidlər