Mədəniyyət və istirahət parkında yeni işıq dirəkləri qurlaşdırılıb.
19 yanvar 2026 | 13:41
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən əhalinin asudə vaxtının səmərəli təşkili və istirahət məkanlarının daha rahat və təhlükəsiz istifadəsi məqsədilə abadlıq işləri davam etdirilir. Bu çərçivədə Beyləqan şəhəri Mədəniyyət və istirahət parkının girişində yeni müasir işıq dirəkləri quraşdırılıb.
Görülən işlər sakinlərin və parkı ziyarət edənlərin istirahət imkanlarını daha da yaxşılaşdırmaq, asudə vaxtın səmərəli təşkili üçün əlverişli şərait yaratmaqla yanaşı, park ərazisinin ümumi görünüşünün müasir tələblərə uyğunlaşdırılmasına və ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə də mühüm töhfə verir.
Qeyd edək ki, rayon ərazisində ictimai məkanların yenilənməsi və infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir.







