Mədəniyyət və istirahət parkında yerləşən fəvvarədə təmir işlərinə başlanılıb.
05 aprel 2025 | 15:10
Şəhər mərkəzində yerləşən,sakinlərin isti yay günlərində ən çox üz tutduğu Mədəniyyət və istirahət parkında fontanın bərbad vəziyyəti və sakinlərin müraciətləri nəzərə alınaraq təmir işlərinə başlanılıb.
Hazırda parkda fəvvarənin və uzunluğu 50 metr, eni 36 metr olan hovuz kompleksinin yenidənqurma və təmirinə başlanılıb və işlər sürətlə davam etdirilir. Eyni zamanda park ərazisində təmizlik və abadlıq işləri də görülür.
Parkın yaxın zamanda şəhər sakinlərinin və qonaqların istifadəsinə verilməsi planlaşdırılır.