Milabad qəsəbəsi və Təzəkənd kənd şəhidlərinin məzarları ziyarət olunub
05 noyabr 2025 | 22:07
Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən igid övladlarımızın xatirəsinə ehtiram göstərilməsi dövlətimizin prioritetləri sırasındadır. Bu çərçivədə 8 Noyabr-Zəfər Günü ərəfəsində Beyləqan rayonunda şəhidlərimizin uyuduğu məzarlara ziyarətlər ardıcıl şəkildə davam etdirilir. Bu dəfə Milabad qəsəbəsi və Təzəkənd kəndində şəhid məzarları ziyarət olunub, onların müqəddəs ruhuna dualar oxunub.
Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH aparatının nümayəndələri, şəhid ailələri iştirak ediblər.
Ziyarət zamanı şəhidlərin xatirəsi hörmətlə anılmış, Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda göstərdikləri xidmətlərə ehtiram bildirilmişdir. Bildirilib ki, şəhidlərimizin igidliyi və vətənpərvərliyi müstəqil Azərbaycan tarixinin ən uca zirvələrindən biridir və onların adları daim hörmət və qürurla xatırlanacaq.







