Şriftin ölçüsü :

Saytın rəngi :

Milabad qəsəbəsində drenaj kollektorunun təmizlənməsi istiqamətində işlər davam etdirilir

27 avqust 2026 | 18:55
Beyləqan rayonunun Milabad qəsəbəsində drenaj kollektorunun tutulması nəticəsində qəsəbənin bir sıra ərazilərində, o cümlədən məktəb və yaşayış evlərinin həyətlərində qrunt sularının səthə çıxması müşahidə olunub.
 
Yaranmış problemin aradan qaldırılması məqsədilə drenaj kollektorunun açılması və təmizlənməsi istiqamətində işlərə başlanılıb. Hazırda kollektorun qapalı hissəsində təmizlənmə işləri həyata keçirilir.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bir neçə gün əvvəl qəsəbədə qrunt sularının müşahidə olunduğu ərazilərə baxış keçirərək mövcud vəziyyətlə yerində tanış olub və problemin operativ şəkildə aradan qaldırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdi.
 
Bu gün isə rayon rəhbəri Milabad qəsəbəsində drenaj kollektoru ilə bağlı görülən işlərlə yerində tanış olub. Görülən tədbirlər və işlərin gedişi barədə məlumat verilib.
 
Əziz Əzizov problemin tam aradan qaldırılması, drenaj kollektorunun normal fəaliyyətinin təmin edilməsi və görülən işlərin keyfiyyətlə başa çatdırılması ilə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıq və göstərişlər verib.
 
Hazırda Milabad qəsəbəsində drenaj kollektorunun təmizlənməsi və suyun normal axınının bərpası istiqamətində işlər davam etdirilir.
Keçidlər