“Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici görüş təşkil edilib.
19 iyun 2025 | 15:57
26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində Beyləqan şəhəri Ramiz Abbasov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Beyləqan Rayon İcra Hakimiyyəti, Beyləqan Rayon Polis Şöbəsi, Beyləqan rayonu üzrə təhsil sektorunun, Beyləqan rayonu üzrə idman sektorunun və Beyləqan rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə çıxış edənlər rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri barədə məlumat veriblər, narkomaniyanın insanlara vurduğu zərərlərdən, cəmiyyətdə törətdiyi sosial bəlalardan danışıblar. Qeyd edilib ki, bu istiqamətdə keçirilən tədbirlərdə əsas məqsəd gənclərin narkomaniyanın fəsadları barədə məlumatlandırılması, eləcə də sağlam həyat tərzinin qorunmasıdır. Bu təhlükəli bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal iştirakının vacibliyi vurğulanıb.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.







