“Narkomaniyanın fiziki-mənəvi və sosial fəsadları ” mövzusunda maarifləndirici tədbir keçirilib.
27 oktyabr 2023 | 11:38
27 oktyabr 2023-cü il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin, Beyləqan rayon Prokurorluğunun, Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Nümayəndəliyinin və Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan rayon Təhsil Sektorunun təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində “Narkomaniyanın fiziki-mənəvi və sosial fəsadları” mövzusunda maarifləndirici tədbir keçrilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun İdarə, müəssisə və təşkilatlarının əməkdaşları, yuxarı sinif şagirdləri və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Dövlət himninin səsləndirilməsi və qəhrəman şəhid övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir, narkomaniyanın insan sağlamlığına vurduğu fəsadları özündə əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev, Beyləqan rayon prokuroru Ramazan Hadıyev və digər natiqlər çıxış edərək qlobal problem olan narkomaniyanın cəmiyyətdəki sosial psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsirləri, insan sağlamlığına vurduğu sağalmaz fəsadlar, narkomanlığın insanı ruhi cəhətlə yanaşı fiziki cəhətdən də şikəst etməsi və digər zərərləri barədə məlumat verib və bu bəladan qorunmağın yolları barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, Azərbaycan Dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin yüksək ideallar ruhunda tərbiyyəsi istiqamətində qətiyyətli addımlar atılır.