"Narkomaniyaya yox deyək" mövzusunda Dəyirmi masa keçirildi.
23 avqust 2023 | 15:54
23 avqust 2023-cü il tarixdə Rayon Gənclər Mərkəzində Beyləqan Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Gənclər və İdman Sektorunun və Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə gənclər və məktəblilər iştirak etmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elçin Abdullayev narkomaniyanın bəşəri bir bəla olduğunu qeyd edərək ölkəmizdə, o cümlədən rayonumuzda narkomaniyanın qarşısının alınması məqsədilə görülən işlər, aparılan profilaktik tədbirlər barədə fikirlərini bildirdi.
Rayon Polis Şöbəsinin və Rayon Gənclər və İdman Sektorunun əməkdaşları tədbirdə çıxış etmiş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.