“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi
17 fevral 2023 | 18:49
Beyləqan Rayon İcra Hakimiyyəti, Rayon Polis şöbəsi və Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Telman Məstanov, Rayon Polis Şöbəsinin rəisi Rüstəm Cəfərov və RPŞ-nin əməkdaşları, Təhsil sektorunun müdiri Həsən Məmmədov, Dünyamalılar kənd tam orta məktəbinin IX-XI sinif şagirdləri,valideynlər və müəllim kollektivi iştirak etdilər.
Tədbirdə çıxış edənlər dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıblar. Bu bəlaya düçar olan şəxslərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu vurğulayan çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğu diqqətə çatdırılaraq, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışılıb, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.