Şriftin ölçüsü :

Saytın rəngi :

Narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyəti mövzusunda maarifləndirici tədbir keçirilib.

14 may 2026 | 18:48
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub
.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, yerli komissiyanın sədri, Telman Məstanov, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi Şahin İsmayılov, Rayon təhsil sektorunun müdiri Elvin Abbasov iştirak edib.
 
Çıxış edənlər narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat veriblər.
 
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Valideynlər üçün tövsiyə”, “Rəqəmsal mühitdə gizli narkotik riskləri” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara eləcə də ictimai yerlərdə əhali arasında paylanılıb.
Keçidlər