Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 14-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.

14 oktyabr 2026 | 11:57
Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda rayon rəhbərinin müavinləri, şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
 
Qəbul zamanı RİH başçısı Əziz Əzizov vətəndaşların müraciətlərini fərdi qaydada dinləyib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Həlli yerində mümkün olan məsələlərlə bağlı operativ tədbirlərin görülməsi təmin edilib, əlavə araşdırma tələb edən digər müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara yönləndirilib.
 
Vətəndaşlar ölkədə həyata keçirilən sosial yönümlü siyasətə, əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlərə, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər