Şriftin ölçüsü :

Saytın rəngi :

“Ordun varsa, yurdun var!” layihəsi çərçivəsində şəhid Abbaslı Munisin xatirəsinə həsr olunmuş tədbir keçirilib

17 aprel 2026 | 18:47
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi və Rayon Gənclər Evinin təşkilatçılığı ilə “Ordun varsa, yurdun var!” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi Abbaslı Munis Həbibullah oğlunun xatirəsinə həsr olunmuş tədbir təşkil olunub.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının, Gənclər Evinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, yeniyetmələr və gənclər iştirak ediblər.
 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca şəhid Abbaslı Munisin həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
 
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Heybət Əliyev Vətən müharibəsində qazanılan Qələbədən, Azərbaycan Ordusunun gücündən və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edib. O, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
 
Daha sonra şəhidin anası Kəmalə Abbaslı çıxış edərək oğlunun xatirəsinin yad olunmasından qürur duyduğunu bildirib, onun Vətən uğrunda canından keçməsini böyük fəxr hissi ilə qeyd edib. O, həmçinin Qarabağın azad olunmasında şəhidlərimizin misilsiz rolundan danışaraq onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıb.
 
Tədbirdə çıxış edən digər iştirakçılar da şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, Vətən müharibəsində əldə olunan tarixi Qələbənin əhəmiyyətindən və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasının vacibliyindən danışıblar.
Sonda xatirə şəkli çəkdirilib.
Keçidlər