Şriftin ölçüsü :

Saytın rəngi :

“Ordun varsa, yurdun var!” layihəsi çərçivəsində şəhid Xəlilov Elnurun xatirəsinə həsr olunmuş tədbir keçirilib

20 aprel 2026 | 21:57
Beyləqan Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ordun varsa, yurdun var!” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi Xəlilov Elnur Ramiz oğlunun xatirəsinə həsr olunmuş tədbir təşkil olunub.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Gənclər Evinin nümayəndələri, şəhidin ailə üzvləri, qazilər, yeniyetmələr və gənclər iştirak ediblər.
 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Heybət Əliyev Vətən müharibəsində əldə olunan tarixi Qələbənin əhəmiyyətindən, Azərbaycan Ordusunun qüdrətindən və şəhidlərimizin göstərdiyi igidlik nümunələrindən bəhs edib. O, qeyd edib ki, bu şanlı Zəfər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır və hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
 
Tədbirdə çıxış edən digər iştirakçılar şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onların Vətən qarşısındakı misilsiz xidmətlərindən danışaraq bu qəhrəmanlığın gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar.
Keçidlər