Şriftin ölçüsü :

Saytın rəngi :

"Ordun varsa Yurdun var"layihəsi çərçivəsində Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Hüseynli Şahin Vaqif oğlunun ailəsi ilə görüş təşkil edildi.

02 dekabr 2022 | 16:25
Beyləqan rayon Gənclər Evində baş tutan tədbirdə şəhidin ailə üzvləri və yaxınları, şəhid ailələri, Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, aparatın şöbə müdiri Heybət Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev, şəhidin hərbçi yoldaşları, təhsil aldığı R.Abbasov adına 4 saylı tam orta məktəbin şagird və müəllim kollektivi, rayon gəncləri və Gənclər Evinin kollektivi olmaqla 60 nəfər iştirak etdi.
Tədbir ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilməklə açıq elan olundu.
Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova və digərləri çıxış edərək İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, Şahin kimi hərbçilərin mərdlik və qorxmazlığından danışdılar və şəhid ailələrinə dərin hüznlə baş sağlığı verərək hər zaman onlara dəstək göstərəcəklərini vurğuladılar.
Hüseynli Şahinin təhsil aldığı məktəbin müəllimləri Şahinin uşaqlıq illərindən vətəninə, millətinə, ailəsinə bağlı şəxsiyyət olaraq yetişdiyini vurğuladılar. Şahin kimi vətənpərvər gənclərin müəllimi olduqları üçün fəxr etdiklərini qeyd etdilər.
Şəhər 4 sayli tam orta məktəbin şagirdləri Şahinin xatirəsinə həsr olunmuş şeir kompozisiyası səsləndirdilər.
Sonda Gənclər Evinin əməkdaşları tərəfindən Şəhid Hüseynli Şahin haqqında hazırlanmış videoçarx nümayiş olundu.
Keçidlər