Örənqala qəsəbəsində səyyar vətəndaş qəbulu keçirilib.
07 aprel 2026 | 17:54
7 aprel 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Örənqala qəsəbəsində səyyar vətəndaş qəbulu keçirib.
RİH başçısının səyyar vətəndaş qəbulunda həmçinib Beyləqan rayon polis şöbəsinin rəisi Ceyhun Qurbanov, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, RİH başçısının müavinləri, şöbə və sektor müdirləri, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
Qəbul zamanı çıxış edən Əziz Əzizov ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinin yerində öyrənilməsi və operativ həlli məqsədilə bu cür səyyar görüşlərin mütəmadi keçirildiyini bildirib. O, rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Daha sonra qəsəbə sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, digər müraciətlərlə bağlı isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.







