Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunur.

19 sentyabr 2024 | 14:33
Bu gün Kəbirli kəndində antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçumuz Gizir Həsənov Şamil Şiraslan oğlunun məzarı, o cümlədən Vətən Müharibəsi şəhidlərinin məzarları ziyarət olunub.
 
Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Ramazan Hadıyev, rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidlərin yaxınları iştirak ediblər.
 
Ziyarətçilər şəhidlərin məzarlarına qərənfillər düzüb, ruhlarına dualar oxuyaraq onların xatirələrini ehtiramla yad ediblər.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri, onların yaxınlarına başsağlığı verib, 19 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı hesabına cəmi 23 saat 43 dəqiqə ərzində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulduğunu və ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdiyini diqqətə çatdırıb. RİH başçısı bizə Qələbə sevincini yaşadan, vətənimizin müstəqilliyi və istiqlaliyyəti naminə canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulacağını vurğulayıb.
 
Qeyd edək ki, Həsənov Şamil Şiraslan oğlu 18.07.1988-ci ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olub. Antiterror əməliyyatlarında şəhid olan Gizir Şamil Həsənov həmçinin 44 günlük Vətən Müharibəsində də iştirak edib, Şuşaya qədər irəliləmişdi.
Vətəb Müharibəsi zamanı Şamil Həsənov qardaşı Famil Həsənzadə ilə çiyin-çiyinə döyüşmüşdü. Qardaşı Famil Həsənzadə noyabrın 8-i Şuşada Sığınaq kəndində şəhid olub.
 
Qardaşının şəhid olmasına baxmayaraq Şamil ön cəbhədə xidmətinə davam edib.
 
O, özünə söz vermişdi ki, qardaşının qisasını alacaq.
 
Şamil Həsənov 2023-cü il sentyabrın 19-20-də Qarabağda aparılan antiterror əməliyyatlarında iştirak edir. O sözünün üstündə dayanır və şəhid qardaşının qisasını alır. 24 saata yaxın davam edən əməliyyatlarda qəhrəmanımız erməni separatçılarını öz döyüş yoldaşları ilə birgə zərərləşdirir. Təəssüf ki, o, sentyabrın 20-si Ağdamın Abdagülablı kəndində şəhadətə yüksəldi.
 
Qəhrəmanımız sentyabrın 22-si Beyləqan rayonu Kəbirli kənd qəbiristanlığına gətirilərək dəfn olunub.
 
Torpaq uğrunda canını fəda edən bütün vətən övladlarına Allahdan rəhmət diləyirik!
Keçidlər